ABŞ PREZİDENTİNİN TÜRKİYƏYƏ SƏFƏRİ
Ankaranın Esenboğa hava limanında ABŞ Prezidentini Türkiyənin dövlət naziri Bəşir Atalay, Ankaranın valisi Yəhya Gur və digər rəsmi şəxslər qarşılamışlar.
İyunun 27-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə ABŞ Prezidenti Corc Buşun rəsmi qarşılanma mərasimi olmuşdur. Mərasimdən sonra Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilmişdir.
Elə həmin gün ABŞ Prezidenti Corc Buş Türkiyə Baş nazirinin iqamətgahına gələrək, Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdür.
Görüşlərdə Türkiyə-ABŞ münasibətləri, NATO-nun zirvə görüşü, bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunmuş, tərəfləri maraqlandıran siyasi, iqtisadi, hərbi mövzularda fikir mübadiləsi aparılmışdır.
İyunun 27-də ABŞ Prezidenti Corc Buş Anıtqəbir məqbərəsinə gələrək, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoymuş, onun xatirəsini hörmət və ehtiramla yad etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]