ABŞ QIRĞIZISTANIN SİLAHLI QÜVVƏLƏRİNƏ DÖRD AN-2 TƏYYARƏSİ VERMİŞDİR
ABŞ-ın Bişkekdəki səfirliyi bildirmişdir ki, “təyyarələr ABŞ hökumətinin “Aviasiya vasitələrinin köməyi ilə qaçaqmalçılığın qarşısını almaq” layihəsi çərçivəsində verilmişdir. Bu layihə “İxraca nəzarət və sərhədlərin təhlükəsizliyi” proqramının bir hissəsidir. Proqram Qırğızıstanda 2000-ci ildən həyata keçirilir. Qırğızıstan hökumətinə bu müddətdə, Mi-8 vertolyotları ilə bərabər An-2 təyyarələri, yanacaqdoldurma avadanlığı, aviatexnika üçün ehtiyat hissələr və digər avadanlıq da verilmişdir. Yardımın ümumi məbləği təqribən 20 milyon dollardır. ABŞ hökuməti yaxın gələcəkdə Qırğızıstana daha bir neçə Mi-2 vertolyotu, ehtiyat hissələr və avadanlıq verməyi və heyətlə təlim keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]