ABŞ SİNOPTİKLƏRİNİN QASIRĞA ADLARI TÜKƏNDİ
Hazırda ABŞ Milli Qasırğalar Mərkəzində bu təbii hadisələrə ənənəvi olaraq verilən sonuncu ad – “Vilma” qalmışdır. Sonradan sinoptiklər yunan adlarına, məsələn Alfa, Beta və Qammaya keçməli olacaqlar.
ABŞ Milli Hava Xidməti tropik qasırğa proqramının rəhbəri Skott Kizer demişdir ki, bu mövsümdə əlavə tufan və qasırğaların yaranması üçün potensial var. Lakin onların harada yaranacağı və hərəkət zamanı quru ərazini bürüyüb-bürüməyəcəyini söyləmək hələlik çətindir.
İndiyədək 1933-cü il ən qasırğalı il sayılırdı. O zaman sinoptiklər 21, 1887-ci və 1995-ci illərdə isə 20 qasırğa qeydə almışdılar. 1851-ci ilədək qasırğaların hesabı aparılmırdı.
Son məlumatlara görə, “Vins” qasırğası ABŞ üçün təhlükə yaratmır. Oktyabrın 10-da küləyin sürəti elə zəifləmişdir ki, onun statusu tropik qasırğa dərəcəsinə enmişdir.
Qasırğalar mövsümü noyabrın 30-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]