ABŞ TAİLANDDA DEMOKRATİYANIN DƏRHAL BƏRPA OLUNMASINI TƏLƏB EDİR
Vaşinqton Tailandda demokratiya bərpa olunduqdan sonra bu ölkə ilə azad ticarət haqqında müqavilə çərçivəsində əməkdaşlığı genişləndirəcəyini vəd etmişdir. İki ölkə arasında müvafiq danışıqlar artıq iki ildən çoxdur aparılır.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Tom Keysi vurğulamışdır ki, “Tailandda demokratik seçkilər mümkün qədər tez keçirilməlidir. ABŞ iki dövlət arasında münasibətlərin bəzi məqamlarını yenidən nəzərdən keçirməyə hazırdır”. Bu bəyanat ABŞ qanunvericiliyinin “seçilmiş liderlərin hərbi çevriliş nəticəsində hakimiyyətdən devrildiyi ölkələrə yardım göstərməmək” tələbləri ilə bağlıdır. ABŞ və Tailand isə hərbi sahədə artıq yarım əsrdən çoxdur əməkdaşlıq edirlər. Onlar hər il 40-dək birgə təlimlər keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]