ABŞ Ukraynanın 12 pilotuna “F-16”ları idarə etmək üçün təlim keçəcək
Bakı, 21 fevral, AZƏRTAC
ABŞ cari ildə Ukrayna Silahlı Qüvvələrinin 12 pilotuna “F-16” qırıcıları idarə etmək üçün təlim keçəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Arizona Milli Qvardiyasının sözçüsü kapitan Erin Hanniqan telekanalına bildirib ki, ukraynalı pilotların may-avqust ayları arasında təlimləri başa vurması gözlənilir. Baxmayaraq ki, dəqiq vaxt proqramın gedişatından asılıdır.
Qeyd edilib ki, ötən ilin oktyabrında təlimlərə başlayan dörd ukraynalı pilotdan ibarət ilk qrup yaya qədər “F-16” qırıcılar ilə bağlı təlimləri başa çatdıracaq.
Hazırda ABŞ-da hər biri dörd pilotdan ibarət daha iki qrup təlimlərdədir. Onlardan bir qrupu yanvar ayından hazırlıqlara başlayıb. İkincisi qrup isə Amerika döyüş təyyarəsini idarə etmək üçün tələb olunan ingilis dili təlimindən keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]