ABŞ VƏ AZƏRBAYCAN GEOLOQLARININ FİKRİNCƏ, XƏZƏRDƏRADİOAKTİV ELEMENTLƏRİN MİQDARI NORMALDIR
AMEA-nın Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycanda çayların Xəzərə töküldüyü yerlərdə izotopların köməyi ilə nutrientlərin və lay sularının öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilən bu tədbirdə məqsəd Xəzərdə nutrientlərin paylanmasını tədqiq etməkdir.
Bu ilin mayında Kürün mənsəbində Vayn Universiteti və Geologiya İnstitutu alimlərinin birgə apardıqları tədqiqatlarda, ilkin olaraq, radioaktiv elementlərin Xəzərdə yayılması öyrənilmişdir. Əldə edilmiş məlumatlar ABŞ–da və Azərbaycanda analiz olunmuşdur. Analizlərin nəticələri bu günlərdə Vayn Universitetində keçirilmiş toplantıda geniş müzakirə edilmişdir. Məlumat verilmişdir ki, Xəzərdə radioaktiv elementlərin miqdarı normaldır. Ç.Əliyevin sözlərinə görə, bu cür elementlər çox olduqda nutrientlərə mənfi təsir edə bilər. Hazırda belə təhlükə yoxdur.
Gələn il tədqiqatlar Qudyalçay, Qusarçay və Viləşçayda davam etdiriləcəkdir.