ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Qarabağ problemini müzakirə ediblər
Moskva, 4 aprel, AZƏRTAC
Aprelin 4-də ABŞ tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı olub.
RF XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, hər iki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahat olduqlarını bildiriblər, hərbi əməliyyatların təcili dayandırılmasına təkidli çağırışı təsdiq ediblər. Məlumatda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmək istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın cəhdlərini fəallaşdırmaq barədə ümumi fikrə gəlinib. S.Lavrov və C.Kerri ayrı-ayrı “xarici oyunçuların” Qarabağ ətrafında konfrontasiyanı gücləndirmək cəhdlərini pisləyiblər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]