ABŞ YAPONİYANIN OKİNAVA ADASINDAN 7 MİN DƏNİZ PİYADASINI ÇIXARACAQ
Hazırda Yaponiyada yerləşdirilmiş 47 min ABŞ hərbi qulluqçusunun yarısından çoxu, o cümlədən 17 min dəniz piyadası Okinavadadır. Oradan çıxarılacaq 7 min dəniz piyadasının harada yerləşdiriləcəyi hələlik məlum deyildir. Bundan əvvəl mətbuatın verdiyi məlumata görə, onların bir hissəsi ABŞ-ın Sakit okeandakı Quam adasına köçürülə bilər.
Pentaqonun Yaponiyadakı bütün hərbi obyektlərinin 75 faizi bu ölkənin ərazisinin 0,6 faizini təşkil edən Okinavada yerləşir. Tokio hesab edir ki, Yaponiyada daimi yerləşdirilmiş Amerika qoşunlarının yenidən qruplaşdırılması ABŞ silahlı qüvvələrinin çəkindirici potensialına xələl gətirmədən adanın üzərinə düşən yükü azaldacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]