Abşeron musiqi məktəbinin uğurları
Sumqayıt, 21 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri pandemiya dövründə onlayn formatında keçirilən müsabiqələrə qatılaraq bir sıra uğurlar əldə ediblər.
Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, Qazaxıstanda keçirilən beynəlxalq müsabiqədə iştirak edən xanəndəlik ixtisası üzrə 8-ci sinif şagirdi İlkin Əhmədli “Qran Pri” baş mükafatına layiq görülüb. O, bu müsabiqədə qazandığı uğurda İlkinin müəllimi Qasım Əliyevin əməyini xüsusi qeyd edib.
Digər “Avaz-2” muğam müsabiqəsində isə məktəbin xanəndəlik ixtisası üzrə şagirdləri qalib elan ediliblər. Belə ki, 1-ci yerə birinci sinif şagirdi Nihad Məmmədzadə, 2-ci yerə isə üçüncü sinif şagirdi Hüseyn Əliyev layiq görülüb. Qalib elan olunan gənc ifaçılara muğam sənətinin öyrətməkdə zəhməti olan müəllim Qasım Əliyev isə bu müsabiqənin baş mükafatı olan Qran-Priyə layiq görülüb.