Abşeron rayonunda 16 mindən çox ağac əkiləcək
Xırdalan, 18 oktyabr, AZƏRTAC
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-nə kimi davam edəcək aksiyada, ümumilikdə, 16500 ədəd ağac və həmişəyaşıl kollar əkiləcək. Əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.