Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
Bakı, 25 iyul, AZƏRTAC
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylayıcı Stansiyada tənzimləyicinin təmiri, Atyalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti üzərində quraşdırılmış diametri 150 millimetrlik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyulun 26-da saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonunun Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [12:10]
Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır
- 18.09.2026 [12:10]
İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO
- 18.09.2026 [12:02]
Naxçıvanda qadın sahibkarların sayı açıqlandı
- 18.09.2026 [11:41]
Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb
- 18.09.2026 [11:22]
Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib
- 18.09.2026 [10:23]