ABUNƏÇİLƏR ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARADILIR
“Ultel” Birgə Müəssisəsi xidmət etdiyi ATS-lərin abunəçiləri üçün daha rahat və əlverişli şərait yaratmaq məqsədi ilə “Azərpoçt” Dövlət Müəssisəsi ilə müqavilə bağlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin müqaviləyə əsasən “Ultel”in 35, 36, 90 və 96 indeksli ATS-lərinin abunəçiləri telefon danışıq haqqını Yasamal və Səbail poçt şöbələrində ödəyə bilərlər. Bu, abunəçilərə vaxta qənaət etmək imkanı verəcəkdir.