“ACWA Power” şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanları nəzərdən keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədri Mohammed Abunayyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədri Mohammed Abunayyan ilə ölkəmizdə yaşıl enerji konsepsiyası əsasında inkişaf, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə müzakirələr apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanlarını nəzərdən keçirdik”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:13]
Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]