ADAU–EGE ikili diplom proqramında tələbə qəbulu 100 faiz təşkil edib
Gəncə, 11 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti (EGE) arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2025-ci tədris ili üçün bakalavriat səviyyəsində tələbə qəbulu göstəricisi 100 faiz olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetdən məlumat verilib.
Bildirilib ki, bu nəticə iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu şəkildə həyata keçirildiyini və proqramın abituriyentlər arasında böyük maraq doğurduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, bu ildən ADAU-EGE beynəlxalq ikili diplom proqramına qəbul “Bitki mühafizəsi”, “Aqronomluq”, “Aqromühəndislik”, “Zoomühəndislik”, “Bağçılıq” və “Torpaqşünaslıq” ixtisasları üzrə aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]