ADAU-nun bir qrup əməkdaşı Sloveniyanın Nova Gorica Universitetində olub
Gəncə, 6 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar sahənin iqtisadiyyatı kafedrasının əməkdaşları - kafedra müdiri Raminə Mustafayeva, baş müəllim Fariz Süleymanov və assistent Rahil Muradov Erasmus+ proqramı çərçivəsində Sloveniyanın Nova Gorica Universitetində səfərdə olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində işgüzar görüşlər keçirilib, yerli fermer təsərrüfatları ilə tanışlıq olub və kafedra əməkdaşları tərəfindən ADAU haqqında təqdimatlar edilib.