Adı dəyişdirilən basketbol klubu Xaçmazı təmsil edəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında 2023/2024 -cü illər mövsümündə iştirak edəcək NTD klubunun adı dəyişdirilib.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, komanda bundan sonra NTD-INDIGO adlanacaq.
Klub yeni adı ilə Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını sözügedən bölgədəki Olimpiya İdman Kompleksində keçirəcək. Son tamamlanma işlərinin ardından Kompleksin basketbol zalı oyunları qəbul etməyə tam hazır vəziyyətdədir.
Qeyd edək ki, NTD-INDIGO ev oyunlarını Bakıdan kənarda keçirəcək beşinci basketbol komandası olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]