Adriatik dənizinin İtaliya sahilləri selik təbəqəsi ilə örtülüb
Roma, 15 avqust, AZƏRTAC
Adriatik dənizinin İtaliyanın Rimini şəhəri sahilləri selik təbəqəsi və fitoplanktonla örtülüb.
AZƏRTAC xəbər verir ki, selik təbəqəsi Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “Sentinel-2” peykindən çəkilən fotoşəkillərdə aydın görünür.
Buna son aylarda müşahidə edilən yüksək temperatur və daha əvvəl yağan aramsız yağışların səbəb olduğu bildirilib. Qeyd olunub ki, şirin su səviyyəsinin artması Adriatik dənizinin səthində duzluluğu azaldır və selik təbəqəsinin sürətlə yayılmasına şərait yaradır.
Mütəxəssislər bunun tamamilə təbii hadisə olduğunu və sağlamlığa zərərinin olmadığını bildiriblər. Lakin buna baxmayaraq, bölgədəki turistlər dəniz əvəzinə, otellərdəki hovuzlara və üzgüçülük hovuzlarına üstünlük verirlər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]