ADY: Qatarların hərəkəti fasiləsiz həyata keçirilir
Bakı, 14 yanvar, AZƏRTAC
Paytaxt Bakıda və regionlarda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasını, eləcə də qatarların hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə ADY tərəfindən zəruri tədbirlər həyata keçirilir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, hazırda sərnişin qatarları qrafik üzrə hərəkət edir, yüklərin sərhəddə qəbulu, daşınması və çeşidlənməsi prosesi həyata keçirilir.
ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.
Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə yerinə yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]