AFFA FUTZAL ÜZRƏ YIĞMA KOMANDANI MÜKAFATLANDIRMIŞDIR
AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, martın 4-də qurumun inzibati binasında futzal üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılmışlar. Assosiasiya rəhbərliyi dünya çempionatının seçmə mərhələ oyunlarında göstərdiyi əzmkarlığa və qazanılan 2 qələbəyə görə komanda üzvlərini təbrik etmişdir.
AFFA prezidentinin səlahiyyətlərini icra edən Elşad Nəsirov, Milli Məclisin deputatı Rauf Əliyev bütün görüşlərdə yüksək ustalıq nümayiş etdirən futzalçılarımıza qarşıdakı məsul yarışlarda uğurlar arzulamışlar. Milli komandanın baş məşqçisi Andrey Yudin isə göstərilən diqqət və qayğıya görə komanda adından AFFA rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, Çexiyanın Xrudim şəhərində keçirilən futzal üzrə dünya çempionatının seçmə mərhələsində Ermənistan (9:1) və Finlandiya (4:2) yığmalarına qalib gələn Azərbaycan millisi, meydan sahibləri ilə keçirilmiş sonuncu görüşdə 3:2 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]