AFFA-NIN NƏZDİNDƏ GƏNC HAKİMLƏR MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, qurumun nəzdində gənc hakimlər məktəbi fəaliyyətə başlamışdır.
Məktəbin yaradılmasından məqsəd perspektivli gənclərin üzə çıxarılması və bacarıqlı hakimlərin yetişdirilməsinə nail olmaqdan ibarətdir. Rüstəm Rəhimovun rəhbərlik etdiyi və hazırda 40-a yaxın müdavimi olan məktəb dörd illik proqram əsasında fəaliyyət göstərir.
AFFA-nın inzibati binasında fəaliyyət göstərən məktəbdə hakimlər üçün nəzəri məşğələlər idman sahəsində tanınmış mütəxəssislər - Rüstəm Rəhimov, Asim Xudiyev, Gülağa Cabbarov və Habil Əliyevin rəhbərliyi ilə aparılır. Fiziki hazırlıq üzrə məşqlər isə “Şəfa” stadionunda keçirilir.
Gələcəkdə məktəbin tələbələri üçün əcnəbi mütəxəssislərin iştirakı ilə seminarların təşkil olunması da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]