AFFA-NIN RƏHBƏRLİYİ YOZEF BLATTER VƏ MİŞEL PLATİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, yanvarın 26-da Sankt-Peterburqda qurumun prezident səlahiyyətlərini icra edən Elşad Nəsirov və baş katib Elxan Məmmədov FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini ilə görüşmüşlər.
Görüşdə son 3 ayda AFFA tərəfindən görülən işlər barədə ətraflı məlumat verilmiş və Azərbaycan futbolunun inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
AFFA rəhbərliyinin Sankt-Peterburqda müxtəlif ölkələrin futbol federasiyalarının nümayəndələri ilə görüşləri planlaşdırılır.
Xatırladaq ki, MDB və Baltikyanı ölkələri çempionlarının Sankt-Peterburqda keçirilən futbol üzrə “Birlik Kuboku” turnirində “Xəzər-Lənkəran” Özbəkistanın “Paxtakor” komandası ilə final görüşü yanvarın 27-də Bakı vaxtı ilə saat 15:00-da başlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]