AFFA rəsmisi: Türkiyə Avropa çempionatını keçirməyi çoxdan haqq edirdi
Bakı, 11 oktyabr, AZƏRTAC
“Futbol üzrə Avropa çempionatının Türkiyəyə həvalə edilməsi çox müsbət haldır. Düşünürəm ki, qardaş ölkə bu turniri keçirməyi çoxdan haqq edirdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə AVRO-2032-nin ev sahibliyi hüququnun Türkiyə verilməsini şərh edərkən deyib.
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq qapıçısı bildirib ki, Türkiyənin dünya futbol xəritəsində özünəməxsus yeri var: “UEFA da bunu görərək qərar verdi. Daha əvvəl orada keçirilmiş böyük finalların, yarışların təhlükəsizliyini və digər məsələləri nəzərə alsaq, düşünürəm ki, Türkiyə bu yükün altından da şərəflə çıxacaq”.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, turnirin qardaş ölkədə keçirilməsi Türkiyənin futbol aləmində nüfuzunu daha da möhkəmləndirəcək: “Bu da öz növbəsində Superliqanın keyfiyyətini və ora gəlmək istəyən ulduz futbolçuların sayını artıra bilər”.
C. Həsənzadə Türkiyənin qitə çempionatına ev sahibliyi etməsinin Azərbaycan üçün də yaxşı nümunə olacağını vurğulayıb: “Biz bu nümunədən doğru yararlana, orada olan prosesləri yaxından izləyə bilsək, gələcəkdə Avropa çempionatı niyə də Azərbaycanda keçirilməsin?! Sözsüz ki, bu, iki, üç, hətta on ilin də məsələsi deyil. Amma növbəti illərdə bu məsələ gündəmə gələ bilər”.
Qeyd edək ki, AVRO-2032-yə Türkiyə və İtaliya ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]