AFFA YENİYETMƏ FUTBOLÇULARI MÜKAFATLANDIRMIŞDIR
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi oyunlarda əldə etdiyi nəticələrə görə 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının (U-17) üzvləri mayın 1-də mükafatlandırılmışlar.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov bu cür təlim-məşq toplanışlarının rəsmi yarışlara hazırlıq baxımından vacib olduğunu qeyd etmişdir. Baş katib demişdir ki, Almaniyadakı təlim-məşq toplanışında fərqlənən futbolçuların xarici klublarda çıxışını təmin etmək üçün AFFA rəhbərliyi əlindən gələni əsirgəməyəcək. Qarşıdakı oyunlarda komandaya müvəffəqiyyət və qələbə sevinci arzulayan E.Məmmədov gənc futbolçulara peşəkarlıq səviyyələrinin artırılması üçün məşqlərə ciddi yanaşmalarını tövsiyə etmişdir.
Xatırladaq ki, təlim-məşq toplanışları ərzində U-17 Almaniyanın “Vehen” klubu ilə heç-heçə etmiş (1:1), “Ayntraxt” (3:0) və “Offenbax” (2:1) klublarına isə qalib gəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]