Ağacəkmə aksiyasına tərtərlilər də qoşulub
Tərtər, 18 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə başlanan ağacəkmə aksiyasına tərtərlilər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bərdə-Ağdam magistral avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində təmizlik işləri aparılıb, 400 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.
On gün ərzində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına, ümumilikdə, 11 min ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulur.