Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalı məktəbinin müəllimləri: Burada xidmət etmək böyük qürurdur

Bakı, 11 mart, AZƏRTAC

Torpaqlarımız işğaldan azad olunduqdan sonra qısa zaman ərzində bərpa və quruculuq işlərinə başlanıldı. Çox keçmədən vətəndaşlar doğma-yurd yuvalarına qovuşdular.

Söhbət tariximizə adı “ağıllı kənd” kimi yazılan Zəngilanın Ağalı kəndindən gedir. Bu kənd Böyük Qayıdışın rəmzi, vətənə sevginin əksidir. İyirmi doqquz ildən sonra işğaldan azad olunan Ağalı bu gün sakinlərinin çin olmuş arzusudur.

AZƏRTAC-ın əməkdaşı Zəngilanın 360 şagird yerlik Ağalı kənd orta məktəbində olub, müəllim və şagird heyəti ilə söhbətləşib.

Sakinlərinin böyük qismi daha əvvəl Zəngilanı görməsələr də onları buraya bağlayan vətən sevgisi var.

Məktəbin direktoru Nərmin Həsənova qısa zaman ərzində yeni həyata uyğunlaşdıqlarını deyir. İxtisasca tarix müəllimi olan direktorun pedaqoji fəaliyyəti də məcburi köçkün məktəblərindən başlayıb. Elə buna görə də tərəddüd etmədən Ağalıya gəlməyi, fəaliyyətini burada davam etdirməyi seçdiyini deyir: “Hazırda məktəbdə yüzə yaxın şagirdimiz, 14 müəllimimiz var. Məktəbəqədər hazırlıq qruplarından 11-ci sinfə qədər bütün siniflərdə tədris həyata keçirilir. Şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədədir”.

Ağalı özündə təkcə zəngilanlıları birləşdirməyib. Müəllimlərin böyük qismi müxtəlif regionlardan könüllü olaraq məhz bu məktəbdə işləmək üçün müraciət ediblər. Onların hər biri müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstəriblər.

Həmin müəllimlərdən biri də həmsöhbətimiz Səmayə Müslümzadədir. İyirmi iki yaşlı ingilis dili müəllimi əslən Xaçmaz rayonundandır. Deyir ki, işğaldan azad edilmiş torpaqlarda xidmət etmək onun üçün böyük qürurdur. Səmayə Müslümzadə şagirdlərinə fənnini sevdirərək tədris edir: “Birinci sinifdən on birinci sinfədək şagirdlərə dərs keçirəm. Daha əvvəl könüllü olaraq Bakı Amerika Mərkəzində, Elm və Təhsil Nazirliyinin nəzdində olan T-Network ilə əməkdaşlıq etmişəm. Müəllimlərlə kollektiv olaraq əlimizdən gələni ən yaxşı səviyyədə etməyə çalışırıq. Biz fənnimizin həyati önəmindən danışaraq biliklərimizi şagirdlərə ötürürük. Uşaqlarla daim ünsiyyətdə oluruq. Həyatda olan nümunəni fənlərlə əlaqələndirib deyirik ki, baxın, bunu bilsəniz, sizin üçün daha faydadlı olar. Üstəlik, bura işğaldan azad olunan ərazilərdə açılan ilk məktəb olduğu üçün daim diqqət mərkəzindədir. Mütəmadi olaraq xarici qonaqlar gəlir. Şagirdlərə turistlərlə ünsiyyətdə olmaq, ölkəmizi onlara tanıtmaq baxımından dil bilməyin əhəmiyyətini vurğulayıram”.

Buraya başqa regionlardan gələn sakinlər kirayə və kommunal ödənişlərindən azaddırlar.

Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Mahmudova isə Göygöldən gəlib. İlk olaraq MİQ imtahanından keçib, vakansiya seçimində iştirak etsə də, istəyi qeydə alınmayıb. Deyir ki, təsadüfən Ağalı məktəbinə müəllim qəbulu üçün qeydiyyat linki görüb və müraciət edib: “Həvəslə qeydiyyatdan keçdim, bura gəlməyi çox istəyirdim. Ailəmizdə Qarabağa böyük sevgi var. Əmim Birinci Qarabağ müharibəsində, bibioğlum İkinci Qarabağ müharibəsində Zəngilanda şəhid olub. Qəbul olunduğumu öyrənəndə inana bilmədim, çox sevindim. Həmin ərəfədə kursda çalışırdım. İki gün ərzində Bakıya getdim, müsahibədən keçdim, sonra buraya gəldim. İlk gələndə uçuq evləri görəndə üzülsəm də, amma 30 il sonra bura gəlməyim qürur hissi oyatdı. Uşaqlarla işləmək mənim üçün çox xoşdur. Magistratura təhsili alanda könüllü olaraq uşaq evində də dərs keçmişəm. Şagirdlər mənim üçün çox önəmlidir. Qarabağdan çıxmaq fikrim yoxdur. Həm torpağı, havasının təmizliyi, insanların istiqanlı olması məni buraya bağlayır”.

Zəngilanda doğulmayan, daha əvvəl bir gün də olsun Zəngilanı görməyən şagirdlər - Dəniz İmranzadə və Ayla Rəfiyeva buranı çox sevdiklərini deyirlər. Bakı və Sumqayıtda məskunlaşan qızlar qısa vaxt ərzində Ağalıya öyrəşdiklərini, yeni dostlar qazandıqlarını deyirlər. Dəniz coğrafiya müəllimi, Ayla isə dizayner olmaq istəyir.

Ağalı məktəbində hər şey “ağıllı”dır. Bütün siniflərdə smart lövhələr quraşdırılıb. Məktəbin kitabxanası kompüterlərlə təmin edilib. Məktəb binasında idman zalı ilə yanaşı, həyətində oyun meydançası salınıb.

Qeyd edək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub