Ağalıda “Zəfər yürüşü” triatlon turniri əsl idman bayramına çevrildi
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu gün mən ikiqat sevinc hissi keçirirəm. Bir tərəfdən otuz il bundan qabaq göz yaşları içində tərk etdiyim ata-baba torpağıma qədəm qoydum, digər tərəfdən isə doğma Zəngilanımızda görülən tikinti-quruculuq işləri, belə bir kütləvi yarışın burada təşkili qəlbimi riqqətə gətirdi.
Bunu AZƏRTAC-a müsahibəsində Zəngilan Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Vidadi Kərimov rayonun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” triatlon turniri ilə bağlı fikirlərini bölüşərkən bildirib. O qeyd edib ki, “Zəfər yürüşü” triatlon turniri çərçivəsində uşaqlar arasında qaçışda Ağalı kənd məktəbinin şagirdlərinin iştirakı xüsusilə vurğulanmalıdır. Uşaqların bu yarışdan, eləcə də tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növləri üzrə keçirilən ustad dərslərindən böyük zövq aldıqlarını deyən Vidadi Kərimli Ağalıda bu gün əsl idman bayramı ab-havasının yaşandığını bildirib.
“Belə tədbir və yarışlar gənclərimizin idmana marağının artırılmasında, onların hərtərəfli inkişafında və vətənpərvərlik hisslərinin aşılanmasında da mühüm rol oynayır”, - deyə Vidadi Kərimov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]