AĞCABƏDİ RAYONUNDA YENİ MEŞƏ SAHƏLƏRİ SALINIR
Ağcabədi, 26 aprel (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq Ağcabədi rayonunda yeni meşə sahələri salınır.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayonda ilin əvvəlindən 41 hektar sahədə yeni meşə sahələri salınmış, kök atmaq üçün 80 min müxtəlif növ ağacın qələmi basdırılmış, 41 hektar meşə əkinlərində bərpa işləri aparılmış, 73 kiloqram toxum tədarük edilmiş, 0,25 hektar sahədə səpin aparılmışdır. Yeni meşələrin salınması və köhnə meşələrin bərpasına 168 min əkin materialı sərf edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]