AĞCABƏDİDƏ EKOLOJİ TƏDBİRLƏR UĞURLA HƏYATA KEÇİRİLİR
Ağcabədi, 23 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə ərazisində ağac əkilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrə, habelə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Ağcabədi rayonunda yaşıllaşdırma işləri aparılır.
Ağcabədi Rayon İcra Hakimiyyətində hazırlanan tədbirlər planına uyğun olaraq, 2009-cu ilin noyabr-dekabr aylarında magistral yolların kənarında, şəhərin küçə və prospektlərində 40 mindən çox kiparis, sərv, şam, xan çinarı və digər növ ağaclar əkilmiş, onlara lazımi aqrotexniki xidmət göstərilmişdir. 500-dən çox limonlu tuya, Vaşinqton palması, palma, serkas və digər dekorativ həmişəyaşıl ağaclar dibçəklərdə əkilib şəhərin küçə və prospektlərində səki kənarlarına qoyulmuşdur.
Tədbirlər planına əsasən, ağac əkilməsi ilə əlaqədar 2010-cu ilin üç ayı ərzində keçirilən iməciliklər zamanı rayon ərazisində daha 50 min ağac əkilmişdir. Ağacların suvarılması üçün tutumu 10 ton olan iki su çəni quraşdırılmış, 20 su qurğusu alınmışdır. Ağcabədi şəhər Yaşıllaşdırma sahəsi üçün 2,5 hektar sahə ayrılmış və ting yetişdirilməsinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]