Ağcabədidə müvəqqəti məskunlaşan laçınlılar ağacəkmə aksiyasına qoşulublar
Ağcabədi, 22 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində də ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada 550 ədəd müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.