AĞCABƏDİDƏ NÖVBƏTİ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLMİŞDİR
Ağcabədi, 27 aprel (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində Ağcabədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, əmək kollektivlərinin nümayəndələri, rayon sakinləri ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən tədbirdə fəal iştirak etmişlər. İməcilik zamanı magistral yolların kənarında 1500 ədəd şam, sərv, xan çinarı və digər növ ağaclar əkilmiş, həmçinin şəhərin küçələrində, idarə və müəssisələrin ətrafında, parklarda abadlıq-təmizlik işləri görülmüşdür.
Tədbirlər planına əsasən rayonda ağacəkmə kampaniyası zamanı indiyədək 50 mindən çox ağac əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]