AĞDAM RAYONUNDAKI 2 NÖMRƏLİ ORTA MƏKTƏBLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Ağdam rayonundakı 2 nömrəli orta məktəblə tanış olmuşdur.
Burada dövlətimizin başçısını və xanımını böyük hörmətlə, səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev 750 şagirdin təhsil aldığı məktəbin ayrı-ayrı sinif otaqlarına, idman salonuna baxdı, tədris prosesi ilə yaxından maraqlandı, uşaqların yüksək səviyyədə təhsil alması üçün bundan sonra da hər cür şərait yaradılacağını, ümumiyyətlə, ölkəmizdə bu sahədə çox böyük işlər görüldüyünü bildirdi. Xüsusi vurğulandı ki, Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsi üçün proqram təsdiq edilib və o, Təhsil Nazirliyi tərəfindən uğurla icra olunur.
Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva burada ulu öndərin həyat və fəaliyyətini, təhsilə və gəncliyə göstərdiyi qayğını əks etdirən, habelə “Yeni əsr, yeni lider İlham Əliyev” fotoguşəsi ilə də tanış oldular.