Ağdamda mina hadisəsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır
Bakı, 16 mart, AZƏRTAC
Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
Həmçinin qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:07]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:01]