Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO
Ağdam, 23 sentyabr, AZƏRTAC
Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.
Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.