Ağdamın işğaldan azad olunmuş ərazisində narkotik tərkibli bitkilər aşkar edilib
Ağdam, 7 iyun, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər zamanı yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.