Ağdamın “Qarabağ” klubu “Termalika”ya qalib gəlib, “Atırau”ya uduzub
Bakı, 23 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu keçirdiyi iki yoxlama oyunu ilə Antalya qış təlim-məşq toplanışına yekun vurub.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komandamız günün ilk oyununda Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan komandamız hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda komandamız Polşanın “Termalika” klubu ilə qarşılaşıb. Komandamız oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbə ilə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsi ilə tamamlayıb. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]