REGİONLAR
Ağdaş taxılçıları biçinə ciddi hazırlıqla başlayıblar
Ağdaş, 2 iyun, AZƏRTAC
Ağdaş rayonunun taxılçıları biçin kampaniyasına başlayıblar və ilkin olaraq arpa yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılıq Ağdaşda aqrar sektorun aparıcı sahələrindəndir və cari ildə 17 min 287 hektarda məhsul yetişdirilib. Zəmilərin 12 min 997 hektarı arpa, qalanı isə buğdadır. Biçinə ciddi hazırlıqla başlanılıb. Bu mühüm kampaniyada 60-a yaxın kombaynın qüvvəsindən istifadə ediləcək. İlk gündə zəmilərə 40-dan çox kombayn çıxarılıb.
Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Abad, Kotavan, Qaradeyin və bir sıra digər inzibati ərazi dairələrində biçinə ciddi hazırlıqla başlanılıb. İlk hektarlardan orta hesabla 24 sentnerdən çox məhsul götürülür. Mütəxəssislər məhsuldarlığın artacağı qənaətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:05]
Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO
- 01.05.2024 [13:14]
Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb
- 01.05.2024 [13:13]
Oğuzda silahlı şəxs saxlanılıb
- 01.05.2024 [11:53]
Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...
- 01.05.2024 [11:44]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək
- 01.05.2024 [00:22]
Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO
- 30.04.2024 [22:36]