Ağdaş taxılçıları payızlıq əkin kampaniyasını başa çatdırıblar
Ağdaş, 20 dekabr, AZƏRTAC
Ağdaş rayonunda payızlıq taxıl əkin kampaniyası başa çatıb, gələn ilin məhsulu üçün 26 min 105 hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səpin aparılan sahələrin 3640 hektarı buğda, qalanı isə arpadır. Əkində yerli şəraitə uyğun sertifikatlı toxumlardan istifadə olunub. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Ərəbocaq, Pirkəkə, Yuxarı Nemətabad, Aşağı Ləki kəndlərində səpin kampaniyası daha mütəşəkkil aparılıb.
Hazırda taxıl sahələrinin birinci suvarılması davam edir və işlər yekunlaşmaq üzrədir. Artıq 14 min 993 hektarda suvarma işləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]