Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Ağdaş, 7 iyun, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər zamanı rayonun Cüvə, Qarasuqumlaq və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 1 tona yaxın olan 2091 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.