Ağdaşda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Ağdaş, 29 iyun, AZƏRTAC
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ağzıbir kənd sakini Möhlət Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, M.Əliyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 9 kiloqram 130 qram olan 66 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. M.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]