Ağdaşda yol qəzası olub, ölən və yaralananlar var


Ağdaş, 17 may, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaş rayonunda baş verən zəncirvari yol qəzası bir nəfərin ölümü, beş nəfərin isə xəsarət alması ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobilin əvvəlcə at arabasına, ardınca isə yük avtomobilinə çırpılması nəticəsində baş verib. Sürücü Məhəmməd Atəddinov hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər — 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov və 2009-cu il təvəllüdlü Ömər Musayev, həmçinin at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [20:22]
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
- 21.06.2025 [19:40]
Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb
- 21.06.2025 [16:55]
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib
- 21.06.2025 [16:38]
Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
- 21.06.2025 [14:08]