“Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması üçün “Huawei” şirkətinin təcrübəsi müzakirə olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Enterprise Business Group”un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın süni intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə “Huawei” şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda elektron hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, “Huawei”in təcrübəsindən irəli gələrək “ağıllı şəhər” konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?
- 11.06.2026 [16:46]
® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- 11.06.2026 [16:24]