AĞIR YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Ələt-Yevlax yolunun 199-cu kilometrliyində - Ağdaş rayonu ərazisində ağır yol- nəqliyyat hadisəsi baş vermişdir. “Vaz-2107” markalı avtomaşının “Deyvo” markalı avtomobillə toqquşması nəticəsində 5 adam həlak olmuş, bir nəfər ağır yaralanmışdır.
Faktla bağlı araşdırma aparılır.