Ağstafada mikroavtobusla yük maşını toqquşub, ölən və yaralananlar var VİDEO
Ağstafa, 29 mart, R.Novruzoğlu, AZƏRTAC
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Gəncə-Qazax marşrutu üzrə sərnişindaşımanı həyata keçirən “Mercedes srinter” markalı mikroavtobusla yük avtomobili toqquşub. İlkin məlumata görə, baş verən ağır yol qəzası zamanı 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.