Ağsu aşırımında nəqliyyatın intensiv hərəkəti təmin olunur
Ağsu, 11 yanvar (AZƏRTAC). Yanvarın 10-dan başlayan və ayın 11-i səhərədək yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunda, xüsusilə yolun 14 kilometrlik Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra problemlər yaratmışdır. Aşırımın şimal hissəsində bəzi yerlərdə qarın hündürlüyü 25-30 santimetrə çatmışdır.
AZƏRTAC xəbər verir ki, ayın 11-də səhər tezdən həyata keçirilən tədbirlər nəticəsində yolda nəqliyyatın intensiv hərəkəti təmin edilmişdir. Ağsudakı 12 nömrəli yol istismar idarəsinin 2 ədəd qreyderi, 3 avtomaşını və 30 nəfərədək işçi qüvvəsi yolun hərəkət hissəsinin qardan təmizlənməsi işinə cəlb olunmuşdur. Ağsu aşırımında, xüsusilə ərazidəki 5 sürüşmə zonasında qar təmizlənmiş, yola qum və duz səpilmişdir. Nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunmuşdur.
Bütün bunlara baxmayaraq mütəxəssislər texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamağı, ümumiyyətlə, imkan daxilində Ağsu aşırımında nəqliyyatdan istifadə etməməyi tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]