AĞSUDA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 20-də Ağsuda respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi rayon icra hakimiyyəti ilə birgə əmək yarmarkası keçirmişdir. Tədbirdə 16 müəssisə, o cümlədən 7 dövlət, 5 qeyri-dövlət, 4 fiziki şəxs tərəfindən işaxtaranlara 272 iş yeri təklif olunmuşdur. Yerlərdən 199-u qulluqçular, 67-si fəhlələr, 6-sı isə xidmət sahələri üçün nəzərdə tutulmuşdur. 240 nəfərin iştirak etdiyi yarmarkada 57 nəfərə iş yerinə göndəriş verilmişdir.