Aİ liderləri Ukraynaya maliyyə yardımı barədə konsensusa gələ bilməyib
Bakı, 15 dekabr, AZƏRTAC
Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya əlavə maliyyə yardımı göstərilməsində konsensusa nail ola bilməyib və gələn ilin əvvəlində məsələ yenidən müzakirə olunacaq.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel jurnalistlərə deyib. Onun sözlərinə görə, yaxın illər ərzində Ukraynaya 50 milyard avroluq yardım paketinin ayrılmasını nəzərdə tutan Aİ büdcəsinə yenidən baxılacaq.
Büdcənin yeni variantının təsdiqinə əsas maneə Macarıstanın mövqeyidir. Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Baş nazir Viktor Orban hazırda maliyyə məsələsində mövqeyini dəyişmək niyyətində olmadığını bildirib və bu səbəbdən müzakirələr 2024-cü ilin əvvəlinədək təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]