Aİ-nin Bosniya və Herseqovinadakı sülhməramlı missiyasında hərbçilərin sayı artırılır
Sarayevo, 6 aprel, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasında (EUFOR “Althea”) hərbçilərin sayı artırılacaq.
AZƏRTAC xəbər verir ki, Niderlandın Nazirlər Şurasının sülhməramlı missiyaya 160 hərbçinin göndərilməsi barədə qərar qəbul etdiyi bildirilib. Hərbçilərin 10-nu bölgəyə kəşfiyyat məlumatı toplamaq üçün iyunda, 150-si isə oktyabrda göndəriləcək.
Ukraynadakı müharibədən sonra EUFOR “Althea”nın əhəmiyyətinin daha da artdığı, 150 hərbçinin bir il, 10-nun isə iki illik müddətə bölgədə xidmət aparacağı qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]