Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiyalar paketi dekabrın 9-da təsdiqlənə bilər
Bakı, 8 dekabr, AZƏRTAC
Avropa İttifaqının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin dekabrın 9-da qəbul olunacağı gözlənilir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sados jurnalistlərin suallarına cavabında deyib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketinə Varşavanın Latviya, Litva və Estoniya tərəfindən dəstəklənən təklifləri daxil ediləcək. “Biz ikili təyinatlı malların və Rusiyanın silah sektoru ilə çalışan kompaniyaların siyahısını xeyli genişləndiririk. Eyni zamanda, bu ölkənin dağ-mədən sənayesinə sərmayə yatırılmasına qadağa qoyuruq, 200-ə yaxın insanı və kompaniyanı sanksiya siyahısına əlavə edirik”, - deyə Anjey Sados bildirib.
Avropa İttifaqı indiyədək 1241 rusiyalını, həmçinin Rusiyada fəaliyyət göstərən 118 kompaniya və təşkilatı “qara siyahıya” daxil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]