Aİ sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir etdiyini açıqlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiyanın iqtisadiyyatını məhdudlaşdırıb, sənaye potensialını əhəmiyyətli dərəcədə azaldıb.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bildirib.
O qeyd edib ki, Ukraynaya müdaxilə başlayandan bəri Aİ Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Ümumilikdə, Aİ səyahət qadağası qoyub və Rusiyadan olan 1500-dən çox insanın və 250-yə yaxın təşkilatın aktivlərini “dondurub”.
"Müharibəni dayandırmaq üçün siyasətimizi davam etdirməliyik", - deyə Jozep Borrel vurğulayıb.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı 2022-ci ildə 2,1 faiz azalıb. O cümlədən, pərakəndə ticarət 10 faiz, topdansatış isə 17 faiz geriləyib.
O bildirib ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Aİ-nin Rusiyadan ümumi idxalının 58 faizi dayandırılıb. Enerji mallarının idxalı demək olar ki 60 faiz, xüsusən də dəmir, polad, qiymətli metallar əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ilin birinci rübündə bu rəqəm 75 faizdən artıqdır, enerji məhsullarının idxalı isə 80 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]