AİB: Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsində birbaşa əməkdaşlığa açığıq
Bakı, 1 oktyabr, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) həm hökumətlər, həm də özəl sektorla əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan və Türkmənistan üzrə ölkə əməliyyatları rəhbəri Marina Rose Best Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Marina Rose Best vurğulayıb ki, bank kənd təsərrüfatını iqlimlə bağlı fəaliyyət planlarına daxil edib və 2030-cu ilə qədər 40 milyard dollar investisiya ayırmağı planlaşdırır.
“Xüsusilə Azərbaycan hökumətinin iqtisadi diversifikasiya planları çərçivəsində biz kənd təsərrüfatı sahəsində birbaşa əməkdaşlığa açığıq. Məqsədimiz fermerlər və hökumət arasında tərəfdaşlığı genişləndirməkdir. Bank kiçik fermerlərin kreditləşməsi üçün Azərbaycana 20 milyon dollar ayırıb”, – deyə Marina Rose Best əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [16:33]